Ağstafada silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə avqustun 26-da Ağstafa rayon sakini DİN-in "102" Xidməti - Zəng mərkəzinə zəng edərək bildirib ki, rayonun Poylu qəsəbəsi ərazisində silah-sursat aşkarlayıb.
Faktla bağlı dərhal Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd “TOZ -8” markalı tüfəng, 1 ədəd “TİR” tapançası, 1887 ədəd (1117 ədəd 5.45 mm-lik və 770 ədəd 7.62 mm-lik patron) və 4 ədəd avtomat darağı (boş), 2 ədəd “F-1” əl qumbarası və 3 ədəd partlayıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının tapıldığı yerdə əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.