Təyyarə helikopter ilə toqquşub, ölənlər və yaralananlar var

20:18 - 25 Avqust 2019 - Xəbər

İspaniyanın Malyorka adasında təyyarə helikopter ilə toqquşub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 3 nəfər həlakl olub, bir neçə nəfər isə xəsarət alıb. Bildirilir ki, hadisə yerində xilasedicilər işləyir. Təyyarənin helikopter ilə toqquşmasının səbəbi hələlik məlum deyil.

"Sexta" telekanalı öz növbəsində bildirir ki, toqquşma nəticəsində helikopterin 2 heyət üzvü və təyyarənin 3 sərnişini həlak olub.

Xəbər xətti