İsmayıllıda yas mərasimində ev uçdu, səkkiz nəfər yaralandı

16:16 - 25 Avqust 2019 - Xəbər

İsmayıllı rayonunda yas mərasimində ev uçub.

Hadisə bu gün günorta saatlarında rayonun Balik kəndində qeydə alınıb. Kənddə yas mərasimi zamanı iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb.

Dağıntı zamanı səkkiz qadın müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, yüngül bədən xəsarəti almış qadınların hamısı ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti