Bakıda avtomobil körpüdən aşdı: 3 yaralı, biri uşaqdır

14:40 - 23 Avqust 2019 - HADİSƏ

Mərdəkan körpüsündən avtomobil aşıb. 

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, biri uşaq olmaqla, üç nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi, dörd yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti