Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

Yol polisinin saxladığı sürücü ona dönər bıçağı ilə hücum edib

Bakıda avtoxuliqanlıq edən sürücü polisə dönər bıçağı ilə hücum edib.

Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən "saxla" əmri verilib. Lakin sürücü buna tabe olmayaraq avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi tərəfindən süni tıxac yaradılıb və nəticədə avtomobil metronun "28 may" stansiyası yaxınlığında saxlanılıb.

Sürücünün əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Məmmədəli Turabov olduğu müəyyən edilib.
M.Turabov avtomobildən enərək yaxınlıqdakı dönərxanadan dönər bıçağını götürüb və YPX əməkdaşlarının üstünə hücum edib. Bunun qarşısı alınıb. Daha sona isə M.Turabov özünə xəsarət yetirmək istəyib.

Polisin sayıqlığı nəticəsində onun bu əməlinin də qarşısı alınıb.
M.Turabov saxlanılaraq polis bölməsinə təhvil verilib./report

Tarix
21 Avqust 2019 [15:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-21 15:29:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin