Şəmkirdə 1 ha sahədə çətənə kolları aşkarlanıb

15:16 - 21 Avqust 2019 - Xəbər

Şəmkir rayonu ərazisində 1 hektar sahədə yabanı halda bitmiş çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Qaryağdı kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitmiş, çəkisi 1 ton 800 kiloqram olan 1830 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Xəbər xətti