Almazbek Atambayevin həbs müddəti uzadılıb

10:48 - 20 Avqust 2019 - DÜNYA

Bişkekin Pervomayski Rayon Məhkəməsi sabiq Qırğızıstan prezidenti Almazbek Atambayevin həbs müddətini uzadıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Sergey Slesarev məlumat verib. Onun sözlərinə görə, A. Atambayev oktyabrın 26-dək həbsdə qalacaq. S. Slesarev bidlirib ki, bu qərar qanunsuzdur və müdafiə tərəfi qərarla bağlı yuxarı instansiyalara müraciət edəcək.

Qeyd edək ki, bundan əvvəl Pervomayski Rayon Məhkəməsi sabiq Prezidentin barəsində avqustun 26-a kimi həbs qərarı verib.  

Xəbər xətti