Oğuzda gavalı yığan qadın ağacdan yıxılaraq xəsarət alıb

21:31 - 19 Avqust 2019 - HADİSƏ

Oğuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Bu gün axşam saatlarında Oğuz Rayon Mərkəzi Xəstəxanasına ağır xəsarətlə rayonun 1975-ci il təvəllüdlü Muxas kənd sakini Həbibullayeva Xalidə Xalid qızı daxil olub. Müayinə zamanı məlum olub ki, 44 yaşlı X.Həbibullayeva yaşadığı evin həyətyanı sahəsində gavalı ağacından yıxılıb. Ona onurğa sütununun sınığı diaqnozu qoyulub və vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib. /report

Xəbər xətti