Qazaxıstanda zəlzələ olub

10:31 - 18 Avqust 2019 - DÜNYA

Qazaxıstanın cənub-şərqindəki Almatı vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yerli vaxtla saat 09:12 qeydə alınıb. Bildirilir ki, saat 05:07-də Almatıdan 145 kilometr şimal-şərqdə 5,4 bal gücündə zəlzələ olub. Jarkent şəhərində MSK-64 şkalası üzrə 5 bal gücündə yeraltı təkanlar hiss olunub. Taldıkorqan və Satı qəsəbəsində isə 2-3 bal gücündə hiss olunub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib./trend

Xəbər xətti