Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb.
Qatar platformadan kənarlaşandan bir qədər sonra dayanıb. 15 dəqiqə dayandıqdan sonra qatar geri qayıdıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qatarın pantoqrafında nasazlıq yaranıb.
Sərnişinlər qatardan təxliyə olunub. Onlar növbəti qatarla Sumqayıta yola salınacaqlar./Apa