Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Sumqayıt qatarında texniki <font color=red><b>Nasazlıq</b></font>

16:51 - 17 Avqust 2019 tarixində dərc olunub.

Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb.

Qatar platformadan kənarlaşandan bir qədər sonra dayanıb. 15 dəqiqə dayandıqdan sonra qatar geri qayıdıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qatarın pantoqrafında nasazlıq yaranıb.

Sərnişinlər qatardan təxliyə olunub. Onlar növbəti qatarla Sumqayıta yola salınacaqlar./Apa

Müəllif: