Ceyms Bondun casus avtomobili hərracda 6,4 milyon dollara satılıb

17:36 - 16 Avqust 2019 - MARAQLI

Ceyms Bondun 1965-ci ildə istehsal olunmuş və bir sıra casusluq funksiyaları ilə təchiz edilmiş Aston Martin DB5 casus avtomobili ABŞ-ın Monterey şəhərində Sotheby's hərracında 6,4 milyon dollara satılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu satış DB5 üçün rekord sayılır.

Kimliyi açıqlanmayan alıcı 007 agentinin casus avtomobili ilə yollarda hərəkət edə bilər. Bu avtomobil Bond haqqında filmlərin çəkilişi üçün hazırlanıb və ekranda bir dəfə də görünməyib. Dünyanın ən məşhur DB5 avtomobili nömrə nişanlarının dəyişdirilməsi mexanizmi, gülləkeçirməz siyirtmə arxa şüşəsi, katapult olunan kreslo, tüstü qumbaraları buraxan sistemlə təchiz edilib.

Xəbər xətti