Goranboyda üç tona yaxın çətənə kolu məhv edilib

14:16 - 16 Avqust 2019 - Xəbər

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayonunun Topdan kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 ton 768 kiloqram olan 7586 çətənə kolu aşkarlayıblar.

Həmin çətənə kolları məhv edilib.

Xəbər xətti