Tovuzda evlərdən oğurluq edən şəxslər saxlanılıb

13:26 - 14 Avqust 2019 - HADİSƏ

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fervral-may aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, əvvəllər məhkum olunmuş 39 yaşlı Amil Məmmədov və 55 yaşlı İlqar Məmmədov rayon ərazisindəki ümumilikdə 3 evə daxil olaraq oradan küllü miqdarda qızıl-zinət,geyim əşyaları və nağd pulu oğurlayıblar. Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti