Xətaidə ağac kəsən şəxs cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xətai rayonu, Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən “Xəzər” kiçik müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi məlum olub.

Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub.
Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib. 

Tarix
14 Avqust 2019 [13:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-14 13:20:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin