Kürdəmirdə yol qəzası olub

10:58 - 14 Avqust 2019 - HADİSƏ

Kürdəmir rayonunda yol qəzası baş verib. 

Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə Bakı sakinləri olan 3 nəfər - 1974-cü il təvəllüdlü Abdullayeva Könül Məhərrəm qızı, 1955-ci il təvəllüdlü Məmmədova Güldəstə Aslan qızı və 2010-cu il təvəllüdlü Oruclu Zöhrab Novruz oğlu yüngül xəsarət alıb.

Onlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti