Hacıqabulda iki avtomobil toqquşub- 7 nəfər xəsarət alıb

17:08 - 13 Avqust 2019 - HADİSƏ

Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.

Hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./AzərTac

Xəbər xətti