Türkiyədə güclü zəlzələ: 400-ə yaxın evə ciddi ziyan dəyib, 78 nəfər isə yaralanıb

14:49 - 9 Avqust 2019 - DÜNYA

Türkiyənin Denizli vilayətində güclü zəlzələ baş verib.

 

Ucnoqta.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 400-ə yaxın evə və Denizli hava limanına ziyan dəyib.

 

Məlumata görə, yeraltı təkanlar nəticəsində, həmçinin 78 nəfər yaralanıb.

 

Qeyd edək ki, ötən gün Denizli vilayətinin Bozkurt rayonunda Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib.

 

Nurəddin Abdullayev

Xəbər xətti