Vatsapla İnstaqramın adı dəyişdirilir

21:13 - 3 Avqust 2019 - Xəbər

Vatsap və İnstaqram tətbiqetmələrin adı dəyişdiriləcək.

Bu barədə “The Information” nəşri məlumat yayıb. Məlumata görə, tətbiqetmələrin adına “Facebook-dan” sözü əlavə ediləcək.

“Facebook” şirkətinin sözçüsü Berti Tomso bildirib ki, bu cür yeniliklər tətbiqetmələrin şirkətə mənsub olduğunu göstərəcək.

Qeyd edək ki, dəyişik ediləcəyi halda tətbiqetmələrin adları mobil telefonların ekranlarında əvvəlki qaydada qalacaq. /qafqazinfo

Xəbər xətti