DYP rəisinin qardaşı oğlunun öldüyü qəzanın görüntüsü yayılıb - VİDEO

18:55 - 3 Avqust 2019 - Xəbər

Bakıda DYP-nin bölmə rəisinin qardaşı oğlunun öldüyü yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Avqustun 2-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ölümlə nəticələnən zəncirvari qəza olub. İki minik maşını avtobusla toqquşub.

Avtobusla minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlı Əli Əmən oğlu Abbasov dünyasını dəyişib.  Ə.Abbasov Xəzər rayon Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Abbasovun qardaşı oğludur.

Xəbər xətti