"Neftçi" Avroliqanın 3-cü mərhələsində

23:02 - 1 Avqust 2019 - İDMAN

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Təmsilçilərimizdən “Neftçi” də cavab matçına çıxıb. Roberto Bordinin komandası evdə Rusiyanın "Arsenal" klubunu qəbul edib. Tuladakı matçda 1:0 hesabı ilə qalib gələn "ağ-qaralar" bu dəfə rəqib qapısından 3 cavabsız top keçirərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, "Neftçi" 3-cü mərhələdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

1 iyul
ÇL-də 2-ci təsnifat mərhələsi


21:00. "Neftçi" – "Arsenal" (Rusiya) - 3:0 

Qol: Rauf Əliyev, 49, Dario Federiko, 89-pen. Mamadu Mbodj, 90+3 
Hakimlər: Alan Mario Sant, Edvard Spiteri, Roberto Vella, Malkolm Spiteri (hamısı Malta).
Bakı. “Bakcell Arena”.
İlk oyun – 1:0
/qol.az

Xəbər xətti