Külək DYP-nin binasının dam örtüyünü uçurdu - Foto

14:26 - 1 Avqust 2019 - ÖLKƏ İÇİ

Şəkidə güclü külək dövlət müəssisəsinə ziyan vurub.

Ötən gün axşam saatlarında Şəki və ətraf rayonlarda küləklə müşahidə olunan yağış yağıb. Qısa müddət əsən güclü külək Şəki rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin yerləşdiyi binanın damını uçurub.

Evlərə və təsərrüfata ciddi ziyan dəyməyib./Apa


Xəbər xətti