Hacıqabul və Beyləqanın bir neçə kəndində qaz təchizatı dayandırılacaq

10:36 - 1 Avqust 2019 - Xəbər

Bu gün saat 12:00-dan 15:00-a qədər Hacıqabul rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə  “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, qaz təchizatının dayandırılması ölçü hesablayıcı avadanlıqların və digər qurğuların təftişi, eləcə də sazlama işləri ilə əlaqədardır.

Saat 14.00-dan işlər başa çatana qədər isə Beyləqanın ümumi abunəçi sayı 1353 nəfər olan 4 kəndində də qaz təchizatı dayandırılacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərlərində müəyyən sazlama işləri aparılacaq./trend

Xəbər xətti