Zaqatalada şəhərin mərkəzindəki iyrənc görüntü görənlərin hiddətinə və narazılığına səbəb olub.
"Ölkə.Az" xəbər verir ki, sosial şəbəkələrdə Zaqatala şəhərində yeraltı keçidlərdən birinin girişinin fotosu paylaşılıb.
Fotodan açıq-aşkar görünür ki, bu ərazi uzun müddətdir təmizlənmir və aidiyyəti qurumların da mövcud məsələdən xəbərləri yoxdur.
Fotonu görənlər isə şəhər icra hakimiyyətini və səlahiyyətli qurumları tənqid atəşinə tutublar.