"Qarabağ"ın qələbəsi Azərbaycanın reytinq xallarını artırdı

09:34 - 1 Avqust 2019 - Xəbər

"Qarabağ" komandası Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb. Bu, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiya "Dandolk"u üzərində 3:0 hesablı ev qələbəsi sayəsində mümkün olub. Beləliklə, daha 0,250 xal əldə edən Ağdam təmsilçisi Azərbaycanın cari mövsümdəki xallarını 1,500-ə çatdırıb. Lakin reytinq sıralamasında dəyişiklik baş verməyib. Son 5 mövsümdəki göstəricilərin cəmində 16,875 xala malik Azərbaycan yenə 26-cı pillədədir. 25-ci yerdə gedən Qazaxıstanın isə 17,625 xalı var. 24-cü pillədə 18,000 xalla Belarus yer alıb. Lakin Azərbaycandan fərqli olaraq, bu iki ölkənin Çempionlar Liqasında təmsilçisi qalmayıb. /report

Xəbər xətti