Prezident: "Küçələrin işıqlandırılması hələ də lazımi səviyyədə deyil"

09:05 - 1 Avqust 2019 - Xəbər

Küçələrin işıqlandırılması hələ də lazımi səviyyədə deyil. AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib. Dövlət başçısı bildirib ki, küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil: “Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”. İlham Əliyev qeyd edib ki, indi məişət tullantılarının idarə olunması istiqamətində addımlar atılır: “Bir neçə il bundan əvvəl Balaxanıda böyük məişət tullantıları zavodu inşa edilmişdir, poliqon salınmışdır, çeşidləmə aparılır. Biz zəncir yaratmalıyıq. Qapıdan ta məişət tullantıları zavoduna qədər vahid zəncir olmalıdır. Hazırda beynəlxalq məsləhətçilərin iştirakı ilə bu layihə Bakı şəhərində icra edilir”. Prezident deyib ki, şəhərətrafı dəmir yolu xəttinin çəkilişi davam edir. Bu da çox önəmli layihədir: “Bakıda yeni istirahət zonaları yaradılır. Bakı bu gün parklar, bağlar şəhəridir, istirahət zonaları vətəndaşların sərəncamına verilir və bu, əhali tərəfindən yüksək qiymətləndirilir”.

Xəbər xətti