Hindistanda fil avtomobilə hücum edib

22:14 - 31 İyul 2019 - Xəbər

Hindistanın Karnataka ştatında milli parkların birində fil ekskursiya avtomobilinə hücum edib.

Trend-in məlumatına görə, fil avtomobilin ön şüşəsini sındırıb. Daha sonra fil hadisə yerindən uzaqlaşıb. Hücum zamanı xəsarət alanların olmadığı deyilir.
Qeyd olunur ki, fil avtomobilin onun ərazisinə daxil olmasından qıcıqlanıb.

Xəbər xətti