"Qubadlı" idman klubundan növbəti uğur

21:25 - 31 İyul 2019 - Xəbər

Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks Arenasında budo döyüş növləri üzrə “Baku Open” beynəlxalq turnir keçirilib

Ucnoqta.az xəbər verir ki, turnirdə Azərbaycan, Pakistan, Türkiyə, Əfqanistan, İran, Özbəkistan və Hindistandan olan 300-ə yaxın idmançı çıxış edəcək. Yarışda qızlar və oğlanlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparıblar. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilib.

Qubadlı idman klubunun prezidenti Akşin Hüseynovun mətbuata verdiyi məlumata əsasən "Qubadlı" idman klubun beş idmançı ilə turnirdə iştirak edərək növbəti uğurların əldə ediblər. Beş idmançı öz dərəcələrində hamısı birinci yerə layiq görülüb.
Məmmədzadə Mustafa Ramil oğlu: 8 yaş, 55 kq çəki dərəcəsində 1 yer Şükürov Emil İlkin oğlu: 9 yaş, 45 kq çəki dərəcəsində 1 yer Şirvanlı Rəsul İlqar oğlu 12 yaş, 45 kq çəki dərəcəsində 1 yer Ağazadə Orxan Şamo oğlu 9 yaş, 25 kq çəki dərəcəsində 1 yer Talıbov Əliağa Emin oğlu 9 yaş, 35 kq çəki dərəcəsində 1 yer

Xəbər xətti