AZSIĞORTA-nın Direktorlar Şurasında kadr dəyişikliyi olub

15:48 - 22 İyul 2019 - Xəbər

 AZSIĞORTA ASC-nin Direktorlar Şurası (DŞ) üzvlərindən biri vəzifəsindən ayrılıb.

Ucnoqta.az xəbər verir ki, Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü olan Ziya Talıbov vəzifəsini öz istəyi ilə tərk edib və həmin vəzifəyə hələki yeni təyinat olmayıb. Ziya Talıbov 2014-cü ildə AZSIĞORTA ASC-nin Direktorlar Şurasının üzvü təyin olunmuşdu.

Qeyd edək ki, AZSIĞORTA ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyevdir.
Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA ASC 2006-cı ildən fəaliyyət göstərir. Xatırladaq ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi şirkətin maliyyə gücünü “B” səviyyəsində təsdiqləyib.

Xəbər xətti