Ağdamda həyətində çətənə kolu yetişdirən şəxs saxlanılıb - Foto

18:52 - 16 İyul 2019 - Xəbər

Ağdam rayonunda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

Məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən İmamqulubəyli qəsəbə sakini Azər Allahverdiyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi ümumi çəkisi 8 kiloqram 870 qram olan 28 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır./report


Xəbər xətti