Çayxananın həyətində qətl törədən Horadiz sakini saxlanılıb

12:10 - 16 İyul 2019 - HADİSƏ

Füzuli Rayon Polis Şöbəsinə iyulun 15-də Horadiz şəhəri ərazisində yerləşən çayxanalardan birinin həyətində naməlum şəxsin şəhər sakini Elxan Abbasovu bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinənin orada işləyən həmyerlisi N.Həsənov olması müəyyən edilib.
N.Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb./trend

 

Xəbər xətti