BNA "Baku Bus" avtobuslarında kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı göstəriş verdi

18:20 - 12 İyul 2019 - Xəbər

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma ilə məşğul olan "Baku Bus" MMC-nin bəzi avtobuslarında kondisionerlərin işləməməsinə münasibət bildirib.  Agentliyin mətbuat katibi Mais Ağayev "Report"a açıqlamasında deyib ki, kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı sürücülərə göstəriş verilib.  "Ara-sıra hansısa avtobusda kondisioner işləməyə bilər. Bununla bağlı BNA-nın 141 nömrəli Qaynar Xəttinə müraciətlər daxil olur və yaranmış problem dərhal aradan qaldırılır", - deyə o qeyd edib.  Xatırladaq ki, son vaxtlar "Baku Bus"a məxsus 5, 6 və 125 nömrəli avtobuslarında kondisionerlərin işlək vəziyyətdə olmaması hallarına rast gəlinir. 

Xəbər xətti