Oqtay Əsədovdan Zahid Oruca: Sən danışmayanda darıxırıq

Sosial Tədqiqatlar Mərkəzinin direktoru Zahid Oruc dövlət qurumlarını aktiv olmağa çağırıb. Oxu.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Z.Oruc üç ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini, bu siyasətin düzgün qurulmalı olduğunu bildirib. Buna misal kimi Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun ölümünə toxunan deputat qeyd edib: “Baş Prokurorluq, Ədliyyə Nazirliyi Penitensiar Xidmət məhbus öləndən üç gün sonra açıqlama verdilər. Bu, düzgün yanaşma deyil”. Milli Məclisin sədri Oqtay Əsədov isə Zahid Oruca irad tutub: “Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, sən danışmayanda darıxırıq. Amma gündəlik ətrafında danış”.
Tarix
12 İyul 2019 [14:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-12 14:53:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin