"Gənclik Mall"a gedən yol bağlandı - Səbəb?

14:43 - 12 İyul 2019 - Xəbər

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza Fətəli xan Xoyski prospektində tunelə girişdə qeydə alınıb. Üzü Koroğlu-Rəhimov küçəsi istiqamətində iki nəqliyyat vasitəsi toqquşub.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, qəza səbəbindən hazırda "Gənclik Mall" istiqamətində tunelə girişdə sıxlıq müşahidə edilir./trend


Xəbər xətti