Salyan sakini özünü türk iş adamı kimi qələmə verərək dələduzluq edib- Foto

Bakıda özünü türk iş adamı kimi qələmə verərək dələduzluq yolu ilə insanları aldadan və zərərçəkənlərin qiymətli əşyalarını ələ keçirən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edən zərərçəkən bir müddət əvvəl özünü Hakan kimi təqdim edən şəxslə tanış olduğunu və həmin şəxsin onun mobil telefonunu oğurladığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qeyd dilən cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakini Məmmədəli Əhmədov saxlanılıb. O, ifadəsində özünü türk iş adamı kini təqdim etdiyini və zərərçəkənlə guya fermasını almaq adı ilə görüşdüyünü bu zaman onun mobil telefonunu oğurladığını etiraf edib.

Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Polis əməkdaşlarıM.Əhmədovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.

Tarix
12 İyul 2019 [11:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-12 11:39:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin