Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Toplantının gündəliyinə 28 məsələ daxildir.

Bunlar "Notariat haqqında", "Dövlət rüsumu haqqında", “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Əmək pensiyaları haqqında", "Məhkəmələr və hakimlər haqqında" və s. qanunlara, o cümlədən Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir. Qanun layihələrinin əksəriyyəti 2-ci cə 3-cü oxunuşda müzakirəyə çıxarılacaq.

İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatacaq və deputatlar tətilə çıxacaq. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Xatırladaq ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyun-iyul aylarında qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas keçirilib./report

 

Tarix
12 İyul 2019 [09:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-12 09:22:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin