Səbaildə 39 yaşlı kişi velosipeddən yıxılaraq ağır xəsarət alıb

22:38 - 11 İyul 2019 - HADİSƏ

Səbail rayonu ərazisində yerləşən "Gümüş plaza" yaxınlığında velosipeddən yıxılma hadisəsi olub.

1980-ci il təvəllüdlü Yusipov Rüfət Sabir oğlu velosipeddən yıxılaraq ağır xəsarət alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və beyin əzilməsi diaqnozu qoyulub./report 

 

Xəbər xətti