Ağdamda 17 yaşlı gənc göldə boğuldu

22:17 - 11 İyul 2019 - HADİSƏ

Ağdam rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Baharlı 2 qəsəbəsində baş verib.
Rayon sakini, 2002-ci il təvəllüdlü Elmir Quliyev qəsəbə ərazisindəki göldə çimərkən boğulub.
17 yaşlı gəncin meyitinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./oxu.az

 

Xəbər xətti