Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

8 nəfərin öldüyü qəza ilə bağlı DƏHŞƏTLİ fakt — 270 km yolu 1 saata gedib + Video

Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub.

Ucnoqta.az baku.tv-yə istinadən xəbər verir ki, bu gün onların üç mərasimdir.

Rzayevlər ailəsinin yaxınları qəzada birbaşa “99 LH 458” nömrəli “Mercedes” markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayevin günahkar olduğunu bildirirlər. Onların sözlərinə görə, qəzanı törədən şəxs hər zaman avtomobili yüksək sürətlə idarə edirmiş. İddiaya görə, hadisə baş verən gün sürücü 270 kilometrlik yolu bir saata qət edib.

Qəza baş verən günü sürücünün həyat yoldaşı, bacısı və bacısının azyaşlı övladı da avtobusda olub. İddia olunur ki, hətta Nizami Mustafayev maşını yüksək sürətlə idarə etdiyi üçün öz həyat yoldaşı avtobusdan düşərək qayınatasının avtobusuna minib.

Ailənin yaxınları sonda müvafiq qurumlara müraciət edərək, bu kimi sürücülərə qarşı ciddi tədbirlər görülməsini istəyiblər.

Tarix
11 İyul 2019 [20:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-11 20:53:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin