Xalq artisti Yalçın Rzazadə təcili xəstəxanaya yerləşdirildi

12:24 - 11 İyul 2019 - Xəbər

Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ürəyində və öd kisəsində problemlər yaranan ifaçının qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya çatdırılıb.
Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunan Xalq artistinin vəziyyəti ağırdır.
Son üç gündə üç xəstəxana dəyişən Y.Rzazadə hazırda həkimlərin ciddi nəzarətindədir./trend

 

Xəbər xətti