Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

Qurban Qurbanov: "Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik"

 "Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Albaniyada "Partizani" ilə qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra keçirdiyi mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis meydan sahiblərinin çıxışına diqqət çəkib: "Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı. Çünki, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. "Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq".

Qurbanov bildirib ki, bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər etmək olar.
Qeyd edək ki, Bakıdakı qarşılaşma iyulun 17-də "Dalğa Arena"da təşkil olunacaq./report

Tarix
10 İyul 2019 [22:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-10 22:46:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin