Rusiyalı aktrisa da butulka qapağını açdı- SİNƏSİ İLƏ- VİDEO

08:03 - 9 İyul 2019 - Xəbər

İngilis aktyor Ceyson Stethemin trendə çevrilən butulka qapağı açmaq hərəkəti (“Bottle Cap Challenge”) rusiyalı aktrisa Yana Koşkinanın da diqqətini çəkib.

O, sözügedən trendə özünəməxsus şəkildə qoşulub. Y. Koşkina butulka qapağını ayağı ilə yox, sinəsi ilə açıb. Onun sözügedən videosu 300 minə yaxın baxış sayı toplayıb.

“Bu da mənim Ceyson Stethema cavabım!”, - aktrisa İnstaqram hesabında yazıb.
Y. Koşkina estafeti Rusiya yığmasının xokkeyçisi Kiril Kaprizova ötürüb.

Qeyd edək ki, Azərbaycanda bu trendə “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev qoşulmuşdu./qafqazinfo

Xəbər xətti