Azərbaycan-Rusiya İşgüzar Şurasının Ümumi Yığıncağı keçirilib

İyulun 4-də Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının Ümumi Yığıncağı keçirilib.

İqdisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tədbirdə 2019-cu ilin birinci yarımilliyinin yekunları ilə bağlı hesabat verilib. Bildirilib ki, cari ilin yanvar-iyun aylarında İşgüzar Şura tərəfindən “Qida məhsulları və kənd təsərrüfatı”, “Sertifikasiya və gömrük prosedurları”, “Logistika” komissiyalarının ümumilikdə 6 iclası keçirilib. Bu iclaslarda sahibkarlar üçün bir sıra aktual məsələlərə dair Azərbaycan və Rusiya  dövlət qurumları ilə birgə iş aparılıb.

Bundan əlavə, hesabat dövründə Rusiya-Azərbaycan İşgüzar Şurası, “İşgüzar Rusiya”, Rusiya İxrac Mərkəzi və digər tərəfdaş təşkilatlarla birgə tədbirlər təşkil olunub. Azərbaycan-Rusiya İşgüzar Şurası "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes seminarın, həmçinin Rusiyanın sənaye müəssisələrinin biznes missiyasının həmtəşkilatçısı və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində iki ölkənin iş adamları arasında təşkil olunmuş Azərbaycan-Rusiya biznes dialoqunun təşkilatçısı kimi çıxış edib.

İclasda 2019-cu ilin ikinci yarımilliyi üçün qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb, işgüzar şuranın sənaye, kənd təsərrüfatı və tikinti sahəsi ilə yanaşı, həmçinin turizm, maliyyə, İT və iqtisadiyyatın digər sahələrində fəaliyyətinin genişləndirilməsi istiqamətində atılacaq addımlar, həyata keçiriləcək tədbirlər diqqətə çatdırılıb.

Tarix
5 İyul 2019 [16:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-05 16:18:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin