Bakıda avtoyuma sexi yanıb

17:27 - 4 İyul 2019 - Xəbər

Bakının Xətai rayonunda yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xudu Məmmədov küçəsində ümumi sahəsi 60 kv.m olan tikilinin (avtoyuma və təkər təmiri sexi kimi fəaliyyət göstərir) çardağının yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti