İsveç polisi növbəti dəfə Quran yandırılmasına icazə verdi

11:04 - 20 May 2025 - DÜNYA

İsveçin cənubundakı Jonkoping şəhərinin polisi bu həftə sonu Quran yandırma tədbirinin keçirilməsinə icazə verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Jönköpings-Posten” qəzeti məlumat yayıb.

“Biz bütün riskləri qiymətləndiririk və təhlükəsizliyi təmin etmək üçün resurslar ayırırıq. O zaman söz azadlığı etibarlı şəkildə qorunacaq. Hadisə yerində cinayət sayıla biləcək bir hadisə baş verərsə, biz, əlbəttə ki, protokol tərtib edəcəyik”, - Yönköpinq polisinin rəisi vəzifəsini icra edən Mariya Viberq nəşrə izahat verib.

Nümayişin keçirilməsi ilə bağlı ərizə fiziki şəxs tərəfindən verilib.

Xəbər xətti