Rusiyada dövlət ittihamçısı məhkəmədən polis əməkdaşı olan həyat yoldaşını istehkamçı kürəyi ilə öldürməkdə təqsirləndirilən Sverdlovsk vilayəti sakininin 18 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzalandırılmasını istəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsə cinayətlərin birləşməsinə görə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ardınca isə 1 il müddətinə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılmasını istəyib
Hadisə 2022-ci ilin aprelində baş verib. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs istehkamçı kürəyi ilə silahlanıb və arvadını Pervomayski kəndində Biserti çayının sahilində gözləyib.
O, kürəklə onun başına və qollarına azı 7 dəfə zərbə endirib, sonra onu çaya aparıb boğaraq gizlənib.