ABŞ təyyarəsi Floridanı bombaladı

19:39 - 3 İyul 2019 - Xəbər

ABŞ Hərbi Hava Qüvvələrinin qırıcısı uçuş zamanı quşla toqquşduqdan sonra Florida ştatına təlim bombaları atıb.

Trend-in məlumatına görə, texniki qüsur nəticəsində 3 ədəd 11 kiloqramlıq partlamayan bomba yerə düşüb. Hazırda həmin bombaların axtarışları aparılır. Sakinlərə həmin maddələrə yaxınlaşmamaq tövsiyə edilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Xəbər xətti