Baş nazirdən YENİ QƏRAR — Gülarə Əliyevanın adı əbədiləşdirildi

14:33 - 3 İyul 2019 - Xəbər

Bakı şəhərindəki 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Azərbaycan milli musiqi ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyevanın adı verilib.

 Baş Nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyevanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə imzalanıb.
Eyni zamanda Mədəniyyət Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib. /olke.az

 


Xəbər xətti