Trampın qızı sammitdə özünü biabır etdi – VİDEO

21:13 - 2 İyul 2019 - DÜNYA

Yaponiyanın Osaka şəhərində keçirilən G-20 sammitində ABŞ prezidenti Donald Trampın qızı İvanka da ortada çox görünüb. Onun davranışı sosial şəbəkələrdə, dünya mediasında ciddi tənqid olunub.

İvanka Tramp liderlərlə söhbətlərdə siyasi savadsızlıq nümayiş etdirib. Prezidentin qızı hər imkandaca dövlət başçılarına yaxınlaşır, nəsə deyirmiş. Videolardan birində açıq görünür ki, Böyük Britaniyanın baş naziri Tereza Mey, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard onun nə dediyini anlamırlar.

Sosial şəbəkələrdə İvanka ilə bağlı çoxlu kollaj ediblər. O, bir çox məşhur fotolara yamaq olunub. Məsələn, onu ABŞ-ın 35-ci prezidenti Con Kennedinin, məşhur üçlüyün – İosif Stalinin, Franklin Ruzveltin, Uinston Çörçillin Yalta görüşünün, Ronald Reyqanla Mixail Qorbaçovun üz-üzə söhbətinin fotolarına “yerləşdiriblər”. Bununla İvankanın hər şeyə burnunu soxduğuna işarə vurublar. Fotolardan birində prezidentin qızı hətta həyat yoldaşının əlindən tutan şahzadə Harrinin “qoluna girib”.

İvanka Trampın sammitdə iştirakını ABŞ nümayəndə palatasının üzvü Aleksandriya Okasio-Kortes də tənqid edib: “Kiminsə qızı olmaq vəzifə deyil”./bizimyol.info

Xəbər xətti