Rusiyanın sualtı qayığında yanğın olub, 14 dənizçi ölüb

17:54 - 2 İyul 2019 - Xəbər

Rusiyanın sualtı qayığında baş verən yanğın nəticəsində 14 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 1-də Rusiyanın sualtı qayığında yanğın baş verib. Yanğın şəxsi heyət tərəfindən söndürülsə də, 14 dənizçi ölüb. 

Xəbər xətti